Tanınmış futbolçu razılığa gəldi - Sabiq klubunu satın alır

15:20 İspaniya 112
Tanınmış futbolçu razılığa gəldi - Sabiq klubunu satın alır

“Real”ın və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos investorlarla birlikdə “Sevilya”nın satın alınması ilə bağlı prinsipial razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Carrusel Deportivo” məlumat yayıb.

Ramos “Five Eleven Capital” holdinqlə birgə “Sevilya”nın səhmdarları ilə danışıqlarda ortaq məxrəcə gəlib.

39 yaşlı futbolçu və onun tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını təhlil edir və sözləşməni qarşıdakı bir neçə ay ərzində tamamlamağı planlaşdırırlar.

Klubun alınması üçün irəli sürülən təklif 450 milyon avro təşkil edib və bu məbləğ səhmdarlar tərəfindən müsbət qarşılanıb.

Ramos “Sevilya”nın heyətində 2003–2005-ci illərdə, eləcə də 2023/24 mövsümündə çıxış edib. Komanda hazırda La Liqanın 21 turundan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti