“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun transfer bazarında fəaliyyətiylə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ay yeni transferin olmayacağını söyləyib:
“Bu ay başqa heç kimlə müqavilə bağlaya bilməyəcəyik”.
“Barselona” yanvar ayında müdafiəçi Joao Kanselonu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Bu, Kataloniya klubunun qış transfer pəncərəsində son yeniliyi kimi görünür. Komanda hazırda 21 oyundan sonra 52 xalla La Liqada turnir cədvəlinə başçılıq edir və “Real”dan bir xal öndədir.

