“Barselona” “Nou Kamp”da inamlı qələbə qazanaraq İspaniya La Liqasında turnir cədvəlinə başçılıq etməyə başlayıb.
Sportinfo.az xəbər verir ki, 22-ci tur çərçivəsində keçirilən görüşdə Kataloniya təmsilçisi “Real Oviedo”nu qəbul edib.
Azarkeşlərin böyük marağına səbəb olan matç “Barselona”nın 3:0 hesablı darmadağını ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran “göy-qırmızılar” İspaniya çempionatında liderlik kürsüsünə əyləşiblər.
Əzəli rəqib “Real Madrid” isə liderdən cəmi 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
"Barselona" - "Oviedo" 3:0
Qollar: D.Olmo, 52, Rafinya, 57, L. Yamal, 73

