Almaniyalı müdafiəçinin transferindən imtina etdi - “Barselona”

01:30 İspaniya 58
Almaniyalı müdafiəçinin transferindən imtina etdi - “Barselona”

“Barselona” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin transferi ilə bağlı variantı tamamilə istisna edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

“Borussiya” almaniyalı futbolçunun bir sıra faydalı keyfiyyətlərinə baxmayaraq, onun katalonların baş məşqçisi Hans-Diter Flikin oyun tərzinə uyğunlaşmaq üçün kifayət qədər sürətə malik olmadığını qəbul edib

. Buna görə də, “Barselona” 26 yaşlı müdafiəçi üçün digər klublarla yarışmayacaq.

Şlotterbek 2025/26 mövsümündə bütün turnirlərdə 22 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!