“Barselona” Belçikanın “Genk” komandasının müdafiəçisi Yuvenlsi Onşteyni transfer etməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər razılaşmanın şərtləri üzrə ortaq məxrəcə gəlib,
18 yaşlı futbolçu isə artıq kataloniyalılara keçidə razılıq verib.
Niderlandlı müdafiəçi hazırda “Genk”in ikinci komandası olan “Yonq Genk”də çıxış edir və əsas komandada hələ debüt etməyib.
Buna baxmayaraq, “Barselona” rəhbərliyi onun potensialına inanır və uzunmüddətli inkişaf planı hazırlayır.
Yuvenlsi Onşteyn Belçikanın ikinci liqasında mübarizə aparan “Yonq Genk”in heyətində 20 matça çıxıb.
Mərkəz müdafiəçisi mövqeyi ilə yanaşı, sol cinahda da oynaya bilən futbolçu daha əvvəl Amsterdam “Ayaks”ının akademiyasında olub.

