
“Atletiko” La Liqanın 5-ci turunda səfərdə “Malyorka” ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone oyundan sonra açıqlama verib:
“Komanda yaxşı oyun göstərdi. Biz matçı nəzarətdə saxladıq, rəqibi müdafiəyə məcbur etdik, qol fürsətləri yaratdıq.
Amma effektivlik çatmadı və bu, həlledici faktor oldu. İşlər görülür, futbolçular prosesə tam qoşulublar və bizim yolumuzu izləyirlər. Oyun da planladığımız kimi keçdi”.
Xulian Alvaresin əvəzlənməsinə də toxunan argentinalı mütəxəssis bunları deyib:
“O, komandadakı ən yaxşı oyunçumuzdur, xüsusilə, hücumda. Çox yaxşı matç keçirirdi, amma mən qərara gəldim ki, bizə Aleksandr Sörlot lazımdır.
Təəssüf ki, o, qırmızı vərəqə aldı və biz azlıqda qaldıq. Alvaresə gəlincə, bütün futbolçular əvəzlənəndə əsəbiləşirlər”.
Bu nəticədən sonra “Atletiko” 5 turdan sonra 6 xal toplayaraq, turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.