"Kim qazanacaqsa, mən sevinərəm" - “Qızıl top”un son sahibi

22 Sentyabr 21:40 İspaniya 131
"Kim qazanacaqsa, mən sevinərəm" - “Qızıl top”un son sahibi

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2025-ci ilin “qızıl top” mükafatına dair fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu həmyerlilərinin mükafatı qazanmasını istədiyini vurğulayıb:

“Ümid edirəm, mükafatı milli komandamızın oyunçularından biri qazanacaq. Lamin Yamal və ya Pedri…

Kim qazanacaqsa, mən sevinərəm. Bu, futbol bayramıdır. Qalib güclü olan olsun”.

Rodri əlavə edib ki, ispaniyalılar “qızıl top”u ardıcıl iki dəfə qazanarsa, bu, möhtəşəm olardı:

“Bu inanılmaz olardı və İspaniya futbolunun hazırkı vəziyyətini əks etdirərdi. Ümid edirəm ki, belə davam edəcək, çünki biz çox yaxşı dövrdən keçirik”.

Rodri özü 2024-cü ildə bu mükafatı qazanıb.

Bu il isə “qızıl top” üçün namizədlər arasında Osman Dembele, Lamin Yamal, Kilian Mbappe, Məhəmməd Salah, Rafinya, Erlinq Haland, Harri Keyn və Canluici Donnarumma yer alır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan