
İspaniya La Liqasında V turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, doğma meydanda "Espanyol"u qəbul edən "Real" 2:0 hesablı qələbə qazanıb.
Çempionatda ardıcıl 5-ci qələbəsini qazanan Madrid klubu 15 xalla ilk pillədə qərarlaşıb. Ən yaxın izləyicisi "Barselona" isə 1 oyun əksiklə 10 xalla 2-ci pillədədir.
"Real" - "Espanyol" 2:0
Qollar: E.Militao,22, K.Mbappe,47