"Qol buraxmasaydım, daha yaxşısını edə bilərdim" - Yeni gələn qapıçı

20 Sentyabr 2025 01:40 İspaniya 588
"Qol buraxmasaydım, daha yaxşısını edə bilərdim" - Yeni gələn qapıçı

“Barselona”nın qapıçısı Xuan Qarsiya Çempionlar Liqasında “Nyukasl” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu deyib:

“Bu gün (dünən) yaxşı oynadım, amma qol buraxmasaydım, daha yaxşısını edə bilərdim.

Belə oyunlarda oynadığım üçün çox xoşbəxtəm və şadam. Hər şey yaxşı keçdi, özümü rahat hiss edirəm və işlərin belə getməsindən razıyam”.

24 yaşlı qolkiper bu ilin iyulunda 25 milyon avroya “Espanyol”dan “Barselona”ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti