“Məşqçilərin iki xahişi var - Bu, bir çox mübahisələrə son qoyacaq”

02:20 İspaniya 79
“Məşqçilərin iki xahişi var - Bu, bir çox mübahisələrə son qoyacaq”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatda VAR-ın iş üsulunun dəyişdirilməsini təklif edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Din Heysenin qırmızı vərəqəsi ilə bağlı fikir söyləmək istəmirəm. Hakimlərin texniki komitəsi VAR-ın müdaxilə edib-etməməsinə qərar verəcək.

Amma VAR üzərində düşünmək istəyirəm. Düşünürəm ki, üçüncü divizionda olduğu kimi, VAR-dan doğru istifadə etməliyik.

Onlar VAR otağından siqnal gözləmirlər və məşqçilərin təkrarı izləmək üçün iki xahişi var. Bu, bir çox mübahisələrə son qoyacaqdı.

FİFA bu sistemi üçüncü divizionda sınaqdan keçirir, amma mənim xoşuma gəlir. Bunun VAR-ın düzgün modeli ola biləcəyi barədə düşünməliyik”.

“Real” – “Real Sosyedad” matçında (2:1) Madrid klubunun müdafiəçisi Din Heysen ilk hissədə rəqibin əks-hücumunu pozduğu üçün hakim Xesus Gil Mansanodan qırmızı vərəqə alıb.

O, meydanın mərkəzində Mikel Oyarzabalı yerə yıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda