“Onun dediklərini anlamırdım, amma “bəli, əlbəttə” deyirdim”

16 Sentyabr 22:40 İspaniya 76
“Onun dediklərini anlamırdım, amma “bəli, əlbəttə” deyirdim”

“Barselona”nın hücumçusu Robert Levandovski 2012-ci ildə niyə “Mançester Yunayted”ə transfer olunmadığını açıqlayıb.

Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, polşalı forvard həmin vaxt sabiq baş məşqçi Aleks Ferqyusonla maraqlı dialoq yaşadığını etiraf edib:

“Xatırlayıram, Dortmund “Borussiya”sı ilə mövsümöncəsi yoxlama oyununda fasilə idi. Ferqyusona zəng etdim. O

nunla danışmağa başlayanda aksentinə görə çox çaşqınlıq yaşadım. Dediklərini anlamaq üçün çox diqqət yetirməli idim.

Mən isə sadəcə “bəli, əlbəttə, əlbəttə” deyirdim. Elə bil hər şeyi başa düşürəm, amma əslində heç nə anlamırdım.

Mən razılıq verdim, keçidə çox yaxın idim. Amma “Borussiya”nın prezidenti məni sata bilməyəcəklərini dedi. Vaxt uyğun deyildi”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”