Gələn mövsüm “Barselona”nın “10 nömrə”si kim olacaq?

18 Yanvar 2025 21:40 İspaniya 1 234
Gələn mövsüm “Barselona”nın “10 nömrə”si kim olacaq?

“Barselona”nın vingeri Lamin Yamal gələn mövsümdən etibarən klubda 10 nömrəli formanı geyinəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

2008-2021 illərində argentinalı ulduz Lionel Messi “Barselona”nın heyətində 10 nömrə geyinib. Onun klubdan ayrılmasından sonra bu nömrə Ansu Fatiyə məxsus olub.

Hazırda Yamal 19 nömrə altında oynayır.

Bu mövsüm Lamin bütün turnirlərdə 24 matçda iştirak edib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 180 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?