“Real”ın baş məşqçisi Arda Güləri təriflədi: "GÜVƏNİRİK”

26 Noyabr 2024 00:00 İspaniya 534
“Real”ın baş məşqçisi Arda Güləri təriflədi:

“Ardanın yaradıcı oyunu bizə çox kömək etdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti “Leganes”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güləri tərifləyib:

“Arda və Sabelyos bu gün yaxşı oynadı, komandaya çox faydaları dəydi. Gülər qol vurmağa yaxın idi. O, bizim güvəndiyimiz futbolçulardandır”.

“Real”ın səfərdə “Leganes”lə keçirilən qarşılaşmasında türkiyəli futbolçu Arda Güler start heyətdə yer alıb. O, ikinci qolun ötürməsini verib.

Görüş Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı