Məşhur klub prezidenti baş məşqçini qovmaq istəyirmiş

24 Noyabr 2024 21:15 İspaniya 824
Məşhur klub prezidenti baş məşqçini qovmaq istəyirmiş

“Real”ın idman direktoru Santyaqo Solari komandanın baş məşqçisi postunda italiyalı mütəxəssis Karlo Ançelottini əvəz edə bilərmiş. Klub rəhbərliyi İspaniya çempionatında “Osasuna” ilə matçda uğursuz nəticə olacağı təqdirdə, baş məşqçi dəyişikliyi etməyi planlaşdırıbmış.

Sportinfo.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Bununla belə, “kral klubu” 4:0 hesablı qələbə qazanıb. Bundan sonra Ançelottinin istefası ilə bağlı söhbətlər səngiyib.

Solari artıq 2018-2019-cu illərdə komandaya rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti