Gələcək planları ilə bağlı qərar Verdi - “Real”ın baş məşqçisi

17 Noyabr 2024 13:10 İspaniya 1 951
Gələcək planları ilə bağlı qərar Verdi - “Real”ın baş məşqçisi

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək planları ilə bağlı qərar verib.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi “kral klubu”nun baş məşqçisi kimi qalmaq istəyir.

Tərəflər arasındakı sözləşmə 2026-cı ilin yayında başa çatacaq.

Ançelotti “Real”da qalsa, Leverkuzen “Bayer”indən Xabi Alonsonun təyinatı bir müddət gözləməli olacaq. Halbuki ispan mütəxəssisin gələn yay “Real”a rəhbərlik edəcəyi gözlənilirdi.

“Real” ötən mövsüm Ançelottinin rəhbərliyi altında La Liqa və UEFA Çempionlar Liqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti