"Barselona" danışıqlara başladı - Xviça Kvaratsxeliya İüçün

16 Noyabr 2024 18:20 İspaniya 927
"Barselona" danışıqlara başladı - Xviça Kvaratsxeliya İüçün

"Napoli" və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İspaniyada oynaya bilər.

Sportinfo.az "Sky Sport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu "Barselona" transfer etmək niyyətindədir.

Kataloniya təmsilçisi artıq gürcünün agenti ilə danışıqlara başlayıb.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir.

O, bu mövsüm 14 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Gürcü futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

"Barselona" transferin yayda reallaşmasını istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti