Gürcü müdafiəçi uğrunda mübarizə aparacaq - “Barselona” və “Real”

13 Noyabr 2024 18:40 İspaniya 735
Gürcü müdafiəçi uğrunda mübarizə aparacaq - “Barselona” və “Real”

Tbilisi “Dinamo”sunun müdafiəçisi Saba Xarebaşvili “Barselona” və “Real”ın transfer hədəfinə çevrilib. 16 yaşlı gürcü futbolçu perspektivli sol cinah müdafiəçilərindən biri hesab olunur.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Dinamo” artıq bir neçə ildir İspaniya ilə əlaqələrini gücləndirmək üçün mühüm addımlar atır,

La Liqa komandaları ilə tərəfdaşlıq əlaqələri qurur və hətta Barselonada ofis açır.

Bu addım klubun yetirmələrinə Avropaya köçmək üçün daha çox imkanlar əldə etməyə kömək edəcək, həmçinin, ölkə daxilində yerli istedadları inkişaf etdirəcək.

Xarebaşvili 15 yaşında “Dinamo”nun əsas komandasında debüt edib. O, bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib və 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı onun bazar dəyərini 300 min avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”