“Real”ın təmsilçisi “qızıl top” mərasiminin boykot edilməsini izah edib.
Sportinfo.az AFP-yə istinadən xəbər verir ki, “kral klubu”nun adı açıqlanmayan nümayəndəsi “Real”ın heç vaxt ona hörmət qoyulmayan yerdə olmayacağını bildirib:
“Vinisius Junior mükafat meyarlarına görə qalib seçilməsəydi, o zaman onu Dani Karvahal almalı idi.
Bu, baş vermirsə, məlum olur ki, təşkilatçılar klubumuza hörmət etmir. “Real” heç vaxt ona hörmət qoyulmayan yerdə olmayacaq!”
“Qızıl top”u “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes alıb. Sonrakı yerləri “Real”ın üç futbolçusu tutur: Vinisius Junior, Çud Bellingem və Dani Karvahal.