Bu həftə futbolçusu ilə yeni müqavilə bağlayacaq - “Barselona”

30 Oktyabr 2024 21:40 İspaniya 380
Bu həftə futbolçusu ilə yeni müqavilə bağlayacaq - “Barselona”

“Barselona” bu həftə ispaniyalı yarımmüdafiəçisi ilə müqaviləni uzadacağını açıqlayacaq.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, söhbət Fermin Lopesdən gedir.

21 yaşlı futbolçunun sabah yeni müqaviləni imzalayacağı gözlənilir. Anlaşma 2028/29 mövsümünün sonuna kimi hesablanacaq.

Lopes “Barselona” akademiyasının yetirməsidir. O, “Barsa”nın əsas heyətində 48 rəsmi oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Kataloniya komandası hazırda İspaniya La Liqasında “Real”ı 6 xal qabaqlayaraq, turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da