“Barselona” çox cəsur, yaxşı futbol oynayan komandadır"

26 Oktyabr 2024 00:10 İspaniya 469
“Barselona” çox cəsur, yaxşı futbol oynayan komandadır"

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turunda “Barselona”ya qarşı keçirəcəkləri matç haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis görüşün gərgin keçəcəyini bildirib:

“Motivasiya son hədddədir. “El-Klassiko”lar rəqabətli və gərgin keçir.

Lakin bu matçlar həm də əyləncəlidir. Azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək istəyirik.

“Barselona” çox cəsur, yaxşı futbol oynayan komandadır. Biz matça yaxşı hazırlaşmalı və mümkün qədər üstün çıxış etməyə çalışmalıyıq”.

“El-Klassiko” bu gün Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti