150 min avro xərcləyib! – İstirahət və tennis oynamaq üçün

19 Oktyabr 2024 00:00 İspaniya 675
150 min avro xərcləyib! – İstirahət və tennis oynamaq üçün

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ötən həftə asudə vaxtını İsveçdə keçirib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu ölkədə olduğu müddətdə təxminən 150 min avro xərcləyib.

O, stolüstü tennis oynamağa görə ayrıca otaq üçün 43 min avro ödəyib.

Mbappenin İsveçə səfərindən sonra ona qarşı zorlama ittihamları ilə bağlı məlumatlar yayılıb.

25 yaşlı forvard hazırda “Real”ın digər futbolçuları ilə birgə səfərdə qarşılaşacaqları “Selta” ilə matça hazırlaşır. Komandalar oktyabrın 19-da üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti