Arda Gülər ​"Real”dan ayrılmaq niyyətində deyil - Yanvarda

14 Oktyabr 2024 01:30 İspaniya 1 686
Arda Gülər ​"Real”dan ayrılmaq niyyətində deyil - Yanvarda

“Real”ın yarımmüdafiəçisi Arda Gülərin komandadan ayrıla biləcəyi iddia edilir.

19 yaşlı futbolçu Madrid klubunun əsas heyətində tez-tez meydana çıxmır. Baş məşqçi Karlo Ançelotti adətən ondan əvəzedici kimi yararlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün söz-söhbətlərə baxmayaraq, Gülər ​​yanvarda “Real”dan ayrılmaq niyyətində deyil.

Türkiyəli gənc Madriddə qalmaq və komandada yer almaq üçün mübarizəni davam etdirmək istəyir. O, komandadakı hazırkı rolundan üzülmür.

Arda ​​bu mövsüm “Real”ın 10 matçında qol vurmadan iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”