“Bizə belə adamlar lazım deyil, mən ona sakit olmağı tövsiyə etdim“

1 Oktyabr 2024 00:10 İspaniya 510
“Bizə belə adamlar lazım deyil, mən ona sakit olmağı tövsiyə etdim“

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 8-ci turunun matçında “Real”ın qapıçısı Tibo Kurtua ilə bağlı yaşanan qalmaqallı epizoddan (1:1) danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis, qapıçıya hansı məsləhətləri verdiyini açıqlayıb:

“Mən ona sakit olmağı tövsiyə etdim. Bizə tribunalarda belə adamlar lazım deyil. Kurtuanın insanları necə günahlandırdığını və necə güldüyünü də görə bilərdiz”.

Matç irəlilədikcə “Atletiko” azarkeşləri meydançaya və Kurtuaya tərəfə yad əşyalar atmağa başlayıblar.

Belə olan halda, hakim komandaları paltardəyişmə otağına göndərib. Oyun 20 dəqiqəlik fasilədən sonra davam edib.

Kurtua əvvəllər “Atletiko”da oynayıb, sonradan “Çelsi” vasitəsilə “Real”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi