“Real” üçün La Liqanın VI turunda “Espanyol”la oyun (4:1) əlamətdar olub.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun heyətində Kilian Mbappe matçda penalti zərbəsini dəqiq yerinə yetirib.
Bununla da İspaniya nəhəngi ilk altı turda 5-ci dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənib.
Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.
“Real” 14 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. “Espanyol” 7 xalla 13-cü pillədə qərarlaşıb.

