“Real” və PSJ-dəki çıxışı ilə tanınan müdafiəçi Serxio Ramos “Monterrey”ə keçməyəcək.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər danışıqlar aparırdılar, lakin Meksika klubunun başqa əcnəbi oyunçu üçün limiti yoxdur. Bu səbəbdən, anlaşma ehtimalı azdır.
Ramosun gələcəyi açıq qalır. Onun karyerasını MLS-də davam etdirmək imkanı var. Amerikanın “San Dieqo” klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
Ötən mövsümü “Sevilya”da keçirən 38 yaşlı müdafiəçi La Liqada 28 oyuna çıxıb, 3 qol vurub. İndi o, azad agentdir.

