"Ona debüt etmək üçün daha tez icazə vermək istəyirdi, amma…”

21 Sentyabr 2024 22:00 İspaniya 895
"Ona debüt etmək üçün daha tez icazə vermək istəyirdi, amma…”

“Barselona”nın idman müşaviri Yordi Kroyff klubun keçmiş baş məşqçisi Xavinin Lamin Yamalın oyununa ilk reaksiyasından danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, klub rəsmisi, Xavinin Yamala debüt etmək üçün daha tez icazə vermək istədiyini bildirib:

“Yadımdadır, Yamal ilk dəfə məşqə gəldikdən beş dəqiqə sonra Xavi mənə baxaraq dedi:

“Bu uşaq xüsusidir”. Xavi ona debüt etməyə daha tez icazə vermək istəyirdi, amma onun müqaviləsi yox idi”.

“Barselona” 2023-cü ildə ispaniyalı vingerlə müqaviləni 2026-cı ilə qədər uzadıb. Yamal İspaniya klubunda ilk matçını 15 yaşında keçirib və bununla da, La Liqa tarixinin ən gənc oyunçusu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti