“Real” Xabi Alonsonu baş məşqçi postuna gətirmək istəyir

21 Sentyabr 2024 10:00 İspaniya 874
“Real” Xabi Alonsonu baş məşqçi postuna gətirmək istəyir

“Real" 2026-cı ildə müqaviləsi başa çatacaq Karlo Ançelottinin yerinə baş məşqçi axtarışındadır.

Sportinfo.az “Football-Espana” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” “Bayer Leverkuzen”in çalışdırıcısı Xabi Alonso ilə maraqlanır.

Madrid təmsilçisi 2025-ci ildə ispan mütəxəssis üçün hərəkətə keçəcək.

Məlumatlara görə, Alonsonun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatır və 41 yaşlı mütəxəssis müqaviləni yeniləmək niyyətində deyil.

Alonsonun bu yay “Liverpul” və “Bavariya” kimi böyük Avropa klublarından gələn təklifləri rədd etdiyi və diqqətini İspaniya nəhəngindəki gələcək planlarına yönəltdiyi bildirilir.

Xabi Alonso 2009-2014-cü illərdə “kral klubu”nun futbolçusu olub. O, 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Alonsonun rəhbərliyi altında klub tarixində ilk dəfə Almaniya çempionluğunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti