Iki aparıcı futbolçunun maaşını artırdı - Yeni transferə görə

20 Sentyabr 2024 21:20 İspaniya 1 788
Iki aparıcı futbolçunun maaşını artırdı - Yeni transferə görə

Yay transfer pəncərəsi zamanı “Real”a keçən Kilian Mbappe Madrid klubunda mövsümə 15 milyon avro qazanacaq.

Sportinfo.az “OK Diario”-ya istinadən xəbər verir ki, bu transferdən sonra fransalı forvard komandanın ən çox maaş alan futbolçusu olub.

Belə olan halda, “kral klubu” dərhal komandada potensial çaxnaşmanın qarşısını almaq üçün tədbirlər görüb.

Belə ki, Madrid klubu Çud Bellingem və Vinisius Juniorun maaşını da illik 15 milyon avroya çatdırıb.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti