“Barselona” bu futbolçusu üçün mühafizə xidməti tutdu

16 Sentyabr 2024 01:30 İspaniya 729
“Barselona” bu futbolçusu üçün mühafizə xidməti tutdu

Lamin Yamal AÇ-2024-dən sonra ulduz statusu qazanıb. İspaniyalı yarımmüdafiəçi turnirdə finala qədər cəmi 17 yaşı olmasına baxmayaraq, millinin start heyətində çıxış edirdi.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, “Barselona” Yamalın təhlükəsizliyini düşünüb və onun üçün mühafizə xidməti tutub.

İndi onun bütün yerlərdə şəxsi müşayiəti olacaq.

Yamalın atası avqustda hücum zamanı yaralanmışdı. O, bıçaqlanmışdı, lakin tezliklə sağalaraq, xəstəxanadan buraxılıb.

“Barselona” bu gün İspaniya çempionatında səfərdə “Jirona” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi