“Real”ın hücumçusu Kilian Mbappe Vinisius Juniorla birlikdə oynamasından danışıb.
Sportinfo.az “Managing Madrid”-ə istinadən xəbər verir ki, fransalı komanda yoldaşına görə çox şanslı olduğunu vurğulayıb.
Həmçinin o, “Real”da oynamağa hələ tam öyrəşə bilmədiyini və buna görə də, Vinisiusun hərəkətlərini bəzən yanlış oxuya biləcəyini də gizlətməyib:
“İnsanlar mənim və Vini haqqında danışırlar, bu, normaldır, biz iki tanınmış oyunçuyuq.
İndi ondan onun hərəkətlərini, meydanda nəyi bəyəndiyini öyrənməliyəm. Biz hələ də meydanda bir-birimizi yaxşı başa düşmürük”.
Baş məşqçi Karlo Ançelotti Mbappenin penaltini yerinə yetirməsinə icazə verdiyi üçün Vinisiusu tərifləyib.