Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi “Real”ın maraq dairəsində

12 İyul 2024 12:00 İspaniya 992
Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi “Real”ın maraq dairəsində

Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi Ticani Reyncers karyerasını İspaniya çempionatının top-klubunda davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır.

“Kral klubu” Reyncersi Coşua Kimmixə alternativ kimi nəzərdən keçirir.

“Bayern”in futbolçusunun transferi baş tutsa, ispanlar diqqətini niderlandlı futbolçuya yönəldəcək.

Reyncers ötən yaydan “Milan”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM