“Real” icarəyə götürdü, aldı və ərəblərə satdı - FOTO

29 İyun 2024 00:00 İspaniya 842
“Real” icarəyə götürdü, aldı və ərəblərə satdı - FOTO

"Real" ötən mövsüm icarə əsasında komandada çıxış edən Xoselu ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi ispan forvardın transfer hüququna yiyələnib.

"Kral klubu" bunun üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib.

Lakin "Real" Xoselunu komandada saxlamayıb. Belə ki, La Liqa nəhəngi 34 yaşlı hücumçunu Qətərin "Əl-Qarafa" klubuna satıb.

Xoselu ötən mövsüm "Real"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"