Gürcü qapıçının satışından 49 milyon avro gəlir əldə etmək istəyir

28 İyun 2024 01:40 İspaniya 1 253
Gürcü qapıçının satışından 49 milyon avro gəlir əldə etmək istəyir

Gürcüstan milli komandasının qolkiperi Giorgi Mamardaşvili karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, "Valensiya" rəhbərliyi gürcü qolkiperin satışından 49 milyon avro gəlir əldə etmək istəyir.

2022-ci ilin yanvarda "Dinamo"dan (Tbilisi) "Valensiya"ya keçən Mamardaşvilinin xidmətində İtaliya A seriyasının bir çox klubları maraqlıdır.

Onlardan biri də uzun illərdən sonra A seriyasına qayıdan "Komo"dur.

Ötən mövsüm La Liqada 37 oyun keçirmiş Mamardaşvilinin yeni sezona hansı klubda başlayacağı AVRO-2024-dən sonra bəlli olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti