Braziliya millisinin hücumçusu Endrik tezliklə “Real”ın sıralarına qoşulacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər iyulun 21-də, oyunçunun 18 yaşı tamam olanda müqavilə imzalayacaqlar.
Onun “kral klubu”nda təqdimatı iyulun 26-da baş tutacaq.
Endrik Madrid klubunda 16 nömrəli formanı geyinəcək.
17 yaşlı futbolçu ötən mövsüm “Palmeyras”da çıxış edib.

