Günah qovulan bu adamdadır - Braziliyalı hücumçuya yaxın adamlar iddia edirl ki…

17 İyun 2024 13:10 İspaniya 1 142
Günah qovulan bu adamdadır - Braziliyalı hücumçuya yaxın adamlar iddia edirl ki…

Braziliyalı hücumçu Vitor Rokenin ətrafı hesab edir ki, onun inamsız oyununun əsas günahkarı “Barselona”nın keçmiş baş məşqçisi Xavi Ernandes olub.

Sportinfo.az xəbər verir ki, bu məlumatı İspaniyanın “Diario AS” qəzeti paylaşıb.

Rokenin ətrafı hesab edir ki, futbolçu gözləntilərdən xeyli aşağı çıxış edib. 19 yaşlı braziliyalı futbolçuya yaxın adamlar günahın ötən mövsüm bitdikdən sonra qovulan Xavidə olduğunu iddia edirlər.

Roke ötən qış “Barselona”ya keçib. O, bu müddət ərzində bütün yarışlarda 16 matçda iştirak edib və 2 qol vurub.

Daha əvvəl futbolunun A Seriyası klublarından birinə icarəyə verilə biləcəyi bildirilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti