"Son vaxtlar şəxsi və karyeramdakı problemlərə görə hər şeyi tərk etməyi düşünürdüm"

16 İyun 2024 17:45 İspaniya 657
"Son vaxtlar şəxsi və karyeramdakı problemlərə görə hər şeyi tərk etməyi düşünürdüm"

“Barselona”nın və Braziliya millisinin vingeri Rafinya Dias futbolu tərk etmək istədiyini etiraf edib.

27 yaşlı oyunçu tez-tez tənqid olunur və mətbuatda mütəmadi olaraq onun “Barselona”dan gedəcəyi ilə bağlı şayiələr yayılır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinya psixoloji problemlərə görə futboldan uzaqlaşmaq istədiyini bildirib:

“Son vaxtlar şəxsi və peşəkar karyeramdakı problemlərə görə hər şeyi tərk etməyi düşünürdüm.

Psixoloji çətinliklərlə, medianın və azarkeşlərin hücumları ilə üzləşmək istəmədiyim üçün futbolu buraxmaq və tərk etmək barədə düşündüm.

Oğlumun sayəsində bunun öhdəsindən gəldim. Təsəvvür edirdim ki, oğlum bir gün məni futbolda ilham mənbəyi kimi görəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti