“Barsa” rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir

16 İyun 2024 01:40 İspaniya 786
“Barsa” rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto bu yay komandasını dəyişə bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Jirona” maraqlanır.

32 yaşlı futbolçu “Barsa” rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir. Xarici media futbolçunun maaşının azala biləcəyini yazıb.

Daha əvvəl onunla “Sevilya” və “Valensiya”nın da maraqlandığı bildirilirdi.

İspaniyalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular