İspan müdafiəçiyə 5 milyon avroluq maaşla müqavilə təklif etməyə hazırdır

2 Aprel 21:20 İspaniya 237
İspan müdafiəçiyə 5 milyon avroluq maaşla müqavilə təklif etməyə hazırdır

“İnter” “Atletiko”nun müdafiəçisi Mario Hermosonu transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Gazzeta dello sport” məlumat yayıb.

Milanlılar mərkəz müdafiəçisi mövqeyini gücləndirmək istəyir. Qeyd olunur ki, İtaliya klubu ispaniyalı futbolçuya illik 5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif etməyə hazırdır.

28 yaşlı Hermoso bu mövsüm 35 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Atletiko” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti