“Mourinyo “Real”a lazım olan məşqçi deyildi - O, niyə üçüncü dəfə gəlməsin?“

24 Noyabr 2023 18:40 İspaniya 699
“Mourinyo “Real”a lazım olan məşqçi deyildi - O, niyə üçüncü dəfə gəlməsin?“

“Real”ın keçmiş yarımmüdafiəçisi Quti Zinəddin Zidanı “kral klubu”nun baş məşqçisi kimi görmək istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, “Marca”ya açıqlama verən ispaniyalı veteran futbolçu fransalı mütəxəssis haqda bunları deyib:

“Zidanı yenidən “Real”da görmək istəyərdim. Mourinyo baş məşqçi olanda matçlara baxmaqdan sıxılırdım.

Bu, reallıqdır. Mourinyo “Real”a lazım olan məşqçi deyildi. Zidan niyə üçüncü dəfə gəlməsin?

Bu klubda uzun müddət çalışa bilən məşqçilər var, çünki onlar bu klub üçün uyğundurlar”.

Cari mövsüm İspaniya çempionatının 13 turundan sonra “Real” lider “Jirona”dan iki xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi