Premyer Liqa klubunun hücumçusu “Barselona”nın hədəfində

19 Sentyabr 2023 21:40 İspaniya 772
Premyer Liqa klubunun hücumçusu “Barselona”nın hədəfində

“Barselona” “Nyukasl”ın hücumçusu Aleksandr İsakı transfer etmək üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi 23 yaşlı futbolçunun performansına heyran olub və onu komandasında görmək istəyir.

İngiltərə klubu İsak üçün ən az 70 milyon avro tələb edəcəklərini bildirib.

İsveçli futbolçu 2022-ci ildən “Nyukasl”da çıxış edir. İsak bu mövsüm 4 oyun keçirib və 2 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var