"Messinin qayıtmasını istərdim, bunun baş verib-verməyəcəyini bilmirəm"

23 Mart 2023 00:20 İspaniya 323
"Messinin qayıtmasını istərdim, bunun baş verib-verməyəcəyini bilmirəm"

"Barselona"nın futbolçusu Xordi Alba PSJ-nin hücumçusu Lionel Messinin komandaya qayıtmasını istəyir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi "Diario Sport"a açıqlamasında bu barədə danışıb:

“Messinin qayıtmasını istərdim, amma bunun baş verib-verməyəcəyini bilmirəm. Messi ilə görüşümüzdə bu barədə danışmadıq.

Çünki Leonun PSJ ilə müqaviləsi var. Mən onun qayıtmasını istərdim. Bu həm klub üçün, həm də onun üçün daha yaxşı olardı”.

Messinin PSJ ilə müqaviləsi bu yay başa çatacaq. Daha əvvəl bildirilirdi ki, La Liqa təmsilçisinə qayıtmaq 35 yaşlı forvard üçün prioritetdir.

O, 2004-2021-ci illərdə bu komandada oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"