"Barselona" İspaniya La Liqasının 9-cu turu çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, "El Klasiko"dan öncə Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandes açıqlama verib.
42 yaşlı mütəxəssis "Real"la matçı fürsət adlandırıb:
"Liderliyimizi davam etdirmək istəyirik. "Real"la oyun bizim üçün böyük fürsətdir. Qələbə qazanacağımız təqdirdə işlərin bizim lehimizə çevriləcəyini düşünürük. Məhz bu görə də "El Klasikonu fürsət kimi görürük".
"Real " - "Barselona" qarşılaşması bu gün Bakı vaxtilə saat 18:15-də start götürəcək.

