"Bizdə sabitlik çatışmır və bəlkə də buna görə belədi"

14 Oktyabr 2022 22:00 İspaniya 513
"Bizdə sabitlik çatışmır və bəlkə də buna görə belədi"

“Barselona”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasında “İnter”lə oyundakı (3:3) çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, polşalı futbolçu “Barsa”da sabitlik çatışmadığını deyib:

“Daha çox qol vurmaq istəyirdik ki, bəzən müdafiəni və “İnter”in əks-hücumlarını unudurduq. Onlar da çox asanlıqla məqsədlərinə çatdılar və qol vəziyyətləri yaratdılar.

“Barsa”da son vaxtlar çoxlu zədələr var, daim fərqli heyətlə oynamaq çətindir. Bizdə sabitlik çatışmır və bəlkə də, buna görə belədir.

“İnter”ə üç qol vurduq, amma eyni sayda qol buraxdıq. Qələbə qazana bilmədiyimiz üçün məyus olduq. Bəzən soyuqqanlılığımız yox idi”.

“Barselona” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerdəki “İnter”dən 3 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR