“Barselona” yarımmüdafiəçisi Niko Qonzalesi “Valensiya”da icarədən geri qaytara bilər.
Sportinfo.az xəbər verir ki, bunun əsas səbəbi cari mövsümdə kataloniyalıların heyətində çoxlu sayda zədəli futbolçunun olmasıdır.
Niko bu yay kifayət qədər oynamaq şansı qazana bilməyəcəyindən qorxaraq, “Barsa”dan ayrılıb.
20 yaşlı ispaniyalı bu mövsüm “Valensiya”nın heyətində 7 oyun keçirib və 1 qol vurub. Onun “yarasalar”la icarə müddəti 2023-cü ilin yayında başa çatır.

