21 milyon avroluq qazancdan məhrum olacaq. - Planları suya düşən “Barselona”

14 Oktyabr 2022 10:20 İspaniya 652
21 milyon avroluq qazancdan məhrum olacaq. - Planları suya düşən “Barselona”

“Barselona” UEFA Çempionlar Liqasında qrupdan çıxa bilməsə, ciddi maliyyə itkisi ilə üzləşəcək.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu pley-off mərhələsinə adlamasa, 21 milyon avroluq qazancdan məhrum olacaq.

“Barsa”nın direktorlar şurasının ötən həftə büdcə planlamasında komandanın azı 1/4 finala qədər irəliləməsi və bununla da, 21 milyon avroluq gəlir əldə etməsi nəzərdə tutulmuşdu.

Hətta İspaniya La Liqasından və UEFA Avropa Liqasından gələcək mümkün pul mükafatları da bu büdcə kəsirini doldurmağa kömək edə bilməyəcək.

“Barselona” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerdəki “İnter”dən 3 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR