"Marca" başlıq atdı: Minyole "Qarabağ" kabusunu unutdurdu

13 Oktyabr 2022 10:40 İspaniya 1 910
"Marca" başlıq atdı: Minyole "Qarabağ" kabusunu unutdurdu

İspaniyanın məşhur "Marca" nəşri "Atletiko"nun (Madrid) Belçika "Brügge"sinə qarşı Çempionlar Liqasının qrup mərhələsindəki oyunları ilə bağlı geniş yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, nəşr Madrid təmsilçisinin hər iki görüşdə rəqib qapısına yol tapa bilmədiyini xatırladıb.

Burada belçikalı qapıçı Simon Minyolenin çıxışı xüsusi qeyd olunub.

Oyun "Atletiko"nun 2017/2018 mövsümündə "Qarabağ"a qarşı Çempionlar Liqasının qrup matçları ilə müqayisə edilib. Məqalənin başlığında "Minyole "Qarabağ" kabusunu unutdurdu" yazılıb.

III turda Belçikada rəqibinə 0:2 hesabı ilə uduzan "Atletiko" IV turda evdə qolsuz heç-heçəyə razılaşıb.

"Qarabağ" isə 5 il əvvəl Çempionlar Liqasının qrup mərhələsinin hər iki qarşılaşmasında "Atletiko" ilə bərabərə qalmışdı - 0:0 və 1:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR