Qvardiola ilə Enrikenin qarışığı - Xavi

13 Oktyabr 2022 00:00 İspaniya 750
Qvardiola ilə Enrikenin qarışığı - Xavi

“Barselona”nın müdafiəçisi Erik Qarsiya kataloniyalıların baş məşqçisi Xavini digər mütəxəssislərlə müqayisə edib.

Sportinfo.az xəbər verir ki, o, Xavini Pep Qvardiola və Luis Enrikeyə oxşadıb:

“Xavi Qvardiola ilə Enrikenin qarışığıdır. Onların fikirləri çox oxşardır. Düzdür, hər birinin öz yanaşması var.

Lakin hər üçü eyni dərəcədə top uğrunda mübarizə aparmaq və onu itirdikdən dərhal sonra pressinqlə məşğuldur”.

“Barselona” oktyabrın 12-də Çempionlar Liqasında “İnter”lə qarşılaşacaq.

Kataloniyalılar La Liqada hazırda turnir cədvəlinə başçılıq edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR