“Barselona”nın yarımmüdafiəçisi Rafinya komandasının La Liqanın 8-ci turunda “Selta” ilə oyunda (1:0) qazandığı qələbəyə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, oyunun asan keçmədiyini deyib:
“Bəzən üç xal qazanmaq üçün əziyyət çəkməlisən. Rəqibin yaxşı komandası var, yaxşı oynamağı bilirlər. Asan oyun deyildi”.
Kataloniyalılar 22 xalla La Liqanın turnir cədvəlinə başçılıq edirlər. Oktyabrın 16-da “Barselona” La Liqada “Real”la qarşılaşacaq.

