Messi “Barselona”ya qayıtmağa hazırlaşır

9 Oktyabr 2022 22:00 İspaniya 1 103
Messi “Barselona”ya qayıtmağa hazırlaşır

PSJ-nin hücumçusu Lionel Messi gələn yay “Barselona”ya qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat yayıb.

İnsayderin sözlərinə görə, 35 yaşlı argentinalı Kataloniya klubuna qayıtmaq istəyir və müqavilə bağlamağa hazırlaşır.

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir. Lakin onun parislilərlə müqaviləsi başa çatdıqdan sonra, 2023-cü ilin yayında “Barselona”nın futbolçusu olmaq ehtimalı böyükdür.

Messi 2021-ci ilin iyulundan PSJ-də oynayır.

O, 2022/23 mövsümündə PSJ-nin heyətində 13 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR