"O, 24 saat futbol haqqında düşünməlidir" - Tənqid etdi

9 Oktyabr 2022 01:40 İspaniya 630
"O, 24 saat futbol haqqında düşünməlidir" - Tənqid etdi

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo cinah hücumçusu Castin Kluyvert haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Castinin yaxşı keyfiyyətlərə malik olduğunu deyib:

“Castin nə qədər yaxşı futbol keyfiyyətlərinə malik olduğunu başa düşməlidir. Kluyvert iki-üç il itirib.

O, 20 dəqiqə aktiv ola bilməz, futbol 90 dəqiqə davam edir. Kluyvert təkcə top olanda deyil, topsuz da nə edəcəyini düşünməlidir.

Onda hər şey var – həm sürət, həm də texnika. O, oyunda daha çox iştirak etməli, gedişata daha çox təsir etməli, 24 saat futbol haqqında düşünməlidir.

Komandaya indikindən daha çox şey verə bilər. Maksimum səviyyədə işləməyə davam etsə, yüksək hədəflərə çata biləcək”.

“Yarasalar”ın 2:1 hesablı qələbəsi ilə başa çatan “Osasuna” ilə görüşdə niderlandlı futbolçu komandasının ilk qolunu vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR